Gürcüstanda son sutkada daha 2 191 nəfərdə koronavirus aşkarlanıb, 74 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 755 046-ya, ölənlərin sayı isə 10 509-a yüksəlib.
Ötən 24 saat ərzində 4 348, ümumilikdə isə 693 129 nəfər müalicə olunaraq sağalıb.