Gürcüstanda son sutkada koronavirusa 1 071 yeni yoluxma halı təsdiqlənib, 680 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 336 840 nəfərin yoluxduğu müəyyən edilib. Onların 317 069-u sağalıb, 4 602-si ölüb.
Ötən 24 saat ərzində aparılan test yoxlamalarının sayı 29 985 təşkil edir.