Gürcüstanda son sutkada daha 469 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 792 nəfər sağalıb, 14 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Ümumilikdə ölkədə COVID-19-a 249 934 yoluxma faktı təsdiqlənib. Yoluxanların 236 922-si sağalıb, 2 987-si isə ölüb.
Aktiv koronavirus xəstələrinin sayı 9 999 nəfər təşkil edir.