Gürcüstanda ötən sutkada daha 4 318 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 70 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Gürcüstanda indiyə qədər COVID-19-a 808 889 yoluxma halı təsdiqlənib. Yoluxanların 11 422-si ölüb.
Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 457 nəfər artaraq 743 927-yə yüksəlib.