Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda kazinolar, Özbəkistanda təhsil müəssisələri fəaliyyətini dayandırdı

  • 2020.03.15 17:54
  • 3163 Baxış
Gürcüstanda kazinolar,  Özbəkistanda təhsil müəssisələri fəaliyyətini dayandırdı
Gürcüstanda kazinolar bağlanıb, totalizator və digər şans oyunları qadağan edilib.

Medicina.az xəbər verir ki, Gürcüstan hökuməti ölkə ərazisində yeni tip koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əlavə qərarlar qəbul edib. Bu qərarlardan biri də, ölkə ərazisindəki bütün kazino və totalizatorlar fəaliyyətlərini müvəqqəti dayandırılması ilə bağlıdır.

Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası bu sahədə fəaliyyət göstərən şirkətləri mövcud vəziyyəti nəzərə alaraq yüksək sosial məsuliyyət nümayiş etdirməyə çağırıb. Bildirilir ki, bu cür qərarlar bəzi qurumların maliyyə durumuna mənfi təsir göstərsə də, insanların sağlamlığı hər şeydən üstündür.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda 30 nəfər koronavirusa yoluxub. Hazırda 418 nəfər karantindədir, daha 54 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Koronavirus təhlükəsi ilə bağlı martın 16-dan Özbəkistanda bütün ali və orta təhsil müəssisələri, həmçinin uşaq bağçaları fəaliyyətini dayandıracaq.

Bu haqda Özbəkistanın Baş Naziri Abdulla Aripov martın 15-də koronovirusla bağlı keçirdiyi müşavirədə məlumat verib.

Qeyd edək ki, martın 13-də Parisdən gələn Özbəkistan vətəndaşı olan qadında ilk koronavirus aşkarlanıb. Həmin təyyarədə Daşkəndə uçan 48 sərnişin və ekipaj üzvlərinin hamısı 14 günlük karantinə yerləşdirilib.