Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Gürcüstanda ikinci dalğa başlayır" - Baş epidemioloq

  • 2020.10.14 12:36
  • 2009 Baxış
"Gürcüstanda ikinci dalğa başlayır"  - Baş epidemioloq

“Gürcüstanda epidemioloji vəziyyət gərginləşib, ikinci dalğa başlayır”.

Medicina.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, ikinci dalğa say baxımından daha güclü, ağırlıq baxımından isə nisbətən yüngüldür.

Baş epidemioloq bildirib ki, Gürcüstan daxilində yayılma intensiv xarakter alıb: “Buna baxmayaraq, ölkədə genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər olmayacaq. Yalnız lokal mədudiyyətlərin tətbiqi planlaşdırılır”