Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qonşu ölkədə Hindistan ştammına yoluxanların sayı 50-ni ötdü

  • 2021.07.06 17:04
  • 1337 Baxış
Qonşu ölkədə Hindistan ştammına  yoluxanların sayı 50-ni ötdü
Hazırkı dövrədək Gürcüstanda koronavirusun Hindistan ştammına 52 yoluxma halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, beş şübhəli yoluxma faktı üzrə araşdırmalar davam etdirilir.

Nazir müavini qeyd edib ki, Hindistan ştammının ölkə üzrə yayılma göstəricisi 10 %-dən 20 %-dək təşkil edir: "Delta ştammının daha çox yayılması riski var. Buna görə də biz xüsusilə ehtiyatlı olmalıyıq".