Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Hindistan ştammı” qeydə alınıb.
Medicina.az APA-ya istinadən xəbər verir ki, bu barədə parlamentin səhiyyə komitəsinin sədr müavini Lado Kaxadze bildirib.
O qeyd edib ki, ölkədə virusun mutasiyaya uğramış növünə dair bir neçə yoluxma halı qeydə alındığından Hindistandan gələn şəxslərin 14 gün müddətinə karantinə alınmasına dair qərar qəbul edilib.