Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda H1N1 virusu təhlükəli həddə çatdı

  • 2018.12.25 22:17
  • 9522 Baxış
Gürcüstanda H1N1 virusu təhlükəli həddə çatdı
 

Gürcüstanda qrip virusu artıq təhlükəli səviyyədədir və sürətlə yayılır.


Medicina.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Elmi Mərkəzinin sədri Paata İmnadze söyləyib.


Onun sözlərinə görə, bu il virusa yoluxma ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.


Hazırda rəsmi məlumatlara görə, ölkə əhalisinin hər 100 min nəfərindən 221-i virusa yoluxub.


"Bu gün qrip xəstələrinin böyük əksəriyyətində H1N1 virusu (donuz qripi) aşkarlanıb. Eyni zamanda, bəzi xəstələrdə H3N2 virusuna da rast gəlinir. Bununla belə, xəstələrdə qripin başqa virusları müşahidə olunur”, – deyə İmnadze vurğulayıb.


Bildirilib ki, sadalanan viruslar demək olar ki, eyni xarakterli olur və xəstələrdə oxşar fəsadlara yol açır. Amma "quş qripi” kimi tanınan H6 virusu daha ağır formada olur.


Mərkəzin sədri bildirib ki, qrip virusuna yoluxma halında antibiotiklərdən istifadə heç bir kömək etmir, əksinə orqanizmə ziyan vurur. Qripə qarşı mübarizə üçün xüsusi antivirus var və ən ağır hallarda həkimin nəzarəti altında yalnız ondan istifadə olunmalıdır.


Mərkəzin sədri bildirib ki, xəstəliyin yayılmasının ikinci yüksək dalğası fevral ayında gözlənilir.


Məlumat üçün qeyd edək ki, Gürcüstanda son iki gün ərzində iki nəfər qripdən dünyasını dəyişib.