Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda gündəlik yoluxma sayı 5 mini ötdü

  • 2021.08.10 10:44
  • 1452 Baxış
Gürcüstanda gündəlik yoluxma sayı  5 mini ötdü

Gürcüstanda ötən sutkada koronavirusa 5 697 yeni yoluxma halı qeydə alınıb, 2 713 nəfər müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində daha 54 nəfər vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 455 846 nəfər yoluxub. Onların 406 475-i sağalıb, 6 182-si dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 43 163 nəfər təşkil edir.