Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda gələn ay qrip virusunun yeni dalğası gözlənilir

  • 2019.02.27 16:25
  • 5057 Baxış
Gürcüstanda gələn ay qrip virusunun yeni dalğası gözlənilir
 

Gürcüstanda gələn ay qrip virusuna yoluxma hallarının artacağı istisna olunmur.


Medicina.az "Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.


Onun sözlərinə görə, hazırkı mərhələdə qripə yoluxma halları fon göstəricisi səviyyəsinə qədər aşağı düşüb: "Pasiyentlərin xəstəxanalara qriplə bağlı müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Ötən həftənin məlumatına əsasən, yoluxma göstəricisi 100 min sakinə 100 hal olub. Dekabr ayında xəstəxanaya yerləşdirmə göstəricisi 41 faiz təşkil edirdisə, hazırda bu göstərici 19-20 faiz arasındadır”.


A.Qamkrelidze mart ayında qripin yayılması ilə bağlı halların artacağının istisna olunmadığını qeyd edib.


O, əhalini gigiyena qaydalarına riayət etməyə və qripin ilk simptomları yaranan kimi dərhal həkimə müraciət etməyə çağırıb.


Qeyd edək ki, bu günə qədər Gürcüstanda "donuz qripi” adlandırılan A (H1N1) virusundan 20 nəfərin ölməsi laboratoriya şəraitində təsdiq olunub.