Gürcüstanda fövqəladə vəziyyət rejiminin vaxtı uzadılmayacaq.
Medicina.az xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxariya bildirib:
“Epidemioloji vəziyyəti dərindən təhlil etdikdən sonra Gürcüstan hökuməti ölkədə mayın 22-dən sonra fövqəladə vəziyyət rejimininin uzadılması məqsədi ilə prezident və parlamentə müraciət etməmək qərarına gəldi”.
Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi sonuncu dəfə mayın 22-dək uzadılmışdı.