Gürcüstanda qrip virusu tüğyan edir. Ölkədə xəstələrin 50 faizini qripə yoluxanlar təşkil edir.
"Medicina" xəbər verir ki, Tbilisidəki Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi İvane Çixeidze donuz qripinin də üstünıük təşkil etdiyini deyib.
“Ötən həftə ilə müqayisədə yeni ilin ilk həftəsində respirator virusların sayında cüzi artım var. Ölkədə əsasən qrip virusu dövr edir. Avropa ölkələrində də vəziyyət oxşardır, qış dövrü dünyada bu növ virusun çoxluğu ilə xarakterizə olunur. İndi ölkədə qripin yayılması pandemiya dövründəki koronavirusdan 5 dəfə çoxdur. Qrip əsasən uşaqlar arasında yayılır”.
Onun sözlərinə görə, bu gün uşaqların xəstəxanaya yerləşdirilməsi ilə bağlı heç bir problem yoxdur. Stasionar müalicəyə ehtiyacı olan hər bir uşaq bu xidməti alır.