Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda “Delta+” ştammı tapıldı

  • 2021.07.27 20:03
  • 1265 Baxış
Gürcüstanda  “Delta+” ştammı tapıldı

Gürcüstanda koronavirusun “Delta+” ştammına rast gəlinib.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin milli xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərində görə iki nəfərdə “Delta+” ştammı tapılıb.

Qeyd edilir ki, Gürcüstanda koronavirusa yoluxanların 50 %-də “Hindistan ştammı” müəyyən edilib.

Xatırladaq ki, Gürcüstanda yoluxmanın artması ilə əlaqədar qadağaların yenidən tətbiq edilməsi qərara alınıb.