Gürcüstanın təhsil naziri Mxeil Çxenkeli özünü cəmiyyətdən təcrid edib.
Medicina.az xəbər verir ki, nazirin ailə üzvündə koronavirus aşkarlanıb.
Hazırda M.Çxenkelidə COVID-19-a xas simptomlar müşahidə olunmur və o, özünü yaxşı hiss edir.
Qeyd edək ki, ölkənin iqtisadiyyat naziri Natia Turnava ötən gündən özünütəcrid rejiminə keçib.