Gürcüstanda ötən sutka ərzində daha 952 nəfərə koronavirus diaqnozu qoyulub, 9 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində daha 999 nəfər müalicə olunaraq sağalıb.
İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 377 152 nəfər yoluxub, onların 359 226-sı sağalıb, 5 452-si ölüb.