Gürcüstanda son sutkada koronavirusa 549 yeni yoluxma fakı qeydə alınıb, 268 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 9 245-ə, sağalanların sayı 4 887-yə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 58 olub.
Hazırda karantində 5 392, tibbi nəzarətdə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 100 xəstə isə xüsusi otellərdə müalicə olunur.