Gürcüstanda son sutkada daha 471 nəfərə koronavirus diaqnozu qoyulub, 278 pasiyent sağalıb, 2 nəfər vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 7 564 nəfərə, sağalanların 3 992-yə, dünyasını dəyişənlərin sayı isə 48-ə çatıb.
Karantin zonalarında 5 392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 1 100 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.