Gürcüstanda son sutkada daha 3 128 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 3 045 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 111 818 yoluxma faktı təsdiqlənib. Virusa yoluxanların 92 215-i sağalıb, 1 051-i isə ölüb.
Karantin zonalarında 2 102, stasionar nəzarətdə 6 192 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 739 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.