Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

  • 2021.02.18 10:50
  • 1351 Baxış
Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda son sutkada koronavirusa 365 yeni yoluxma halı təsdiqlənib, 539 nəfər müalicə olunaraq sağalıb, 9 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 267 313 nəfər yoluxub. Onların 260 266-sı sağalıb, 3 399-u isə ölüb.

Karantin rejimində 252, stasionar nəzarətdə 1 869 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 248 nəfər isə xüsusi otellərdə müalicə olunur.