Gürcüstanda daha 34 nəfərdə koronavirus aşkarlanıb, 5 pasiyent sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 diaqnozu qoyulanların sayı 1 684-ə, sağalanların sayı isə 1 315-ə çatıb. 19 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.
Hazırda Gürcüstan üzrə karantində 6 020, tibbi nəzarətdə isə 299 nəfər saxlanılır.