Gürcüstanda son sutka ərzində daha 298 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 5 552-yə çatıb. Onların 1 906-sı sağalıb, 28-i isə vəfat edib.
Karantin zonalarında 5 650, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 800 xəstə xüsusi otellərdə müalicə olunur.