Gürcüstanda son sutkada daha 133 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 276 nəfər müalicə olunaraq sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə pandemiya dövründə COVID-19 diaqnozu qoyulanların sayı 271 872-yə, sağalanların sayı isə 266 081-ə çatıb.
Virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 12 nəfər artaraq 3 553 olub.