Gürcüstanda son sutka ərzində daha 1 731 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 197 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 33 858-ə, sağalanların sayı 14 829-a, vəfat edənlərin sayı isə 253-ə çatıb.
Karantin zonalarında 3 507, stasionar nəzarətdə isə 4 022 nəfər saxlanılır. 2 344 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.