Gürcüstanda ötən sutkada koronavirusa 507 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 264 665-ə çatıb.
Son 24 saat ərzində 660 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent isə vəfat edib. Sağalanların sayı 256 684, ölənlərin sayı isə 3 336-ya yüksəlib.
Hazırda karantində 304, stasionar nəzarətdə 2 045 nəfər var. Xəstəliyi yüngül formada keçirən 284 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.