Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda COVID-19-la bağlı vəziyyət pisləşir STATİSTİKA

  • 2020.11.13 11:02
  • 18781 Baxış
Gürcüstanda COVID-19-la bağlı vəziyyət pisləşir  STATİSTİKA

Gürcüstanda son sutkada daha 3 473 nəfərdə koronavirus aşkarlanıb, 3 342 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 73 154 nəfərə çatıb ki, onların da 55 511-i sağalıb, 636-sı isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 447, stasionar nəzarətdə 4 957 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 3 413 nəfər isə xüsusi otellərdə müalicə olunur.