Gürcüstanda ötən sutkada daha 1 064 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 29 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 335 769 nəfər yoluxub, onların 4 569-u dünyasını dəyişib.
Son 24 saat ərzində 1 135, ümumilikdə isə 316 389 nəfər müalicə olunaraq sağalıb.