Gürcüstanda daha 5 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 10 pasiyent sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 283 nəfərə, xəstəlikdən sağalanların sayı isə 1 068 nəfərə çatıb. 17 nəfər isə vəfat edib. 198 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Hazırda Gürcüstan üzrə karantində 7 718, stasionar nəzarətdə isə 245 nəfər saxlanılır.