Gürcüstanda daha 1 nəfər koronavirusdan vəfat edib.
Medicina.az xəbər verir ki, ölüm faktı Batumi Respublika Xəstəxanasında qeydə alınıb.
Vəziyyəti ağır kimi qiymətləndirilən 67 yaşlı kişi süni tənəffüs aparatına qoşulu vəziyyətdə olub.
Bununla da qonşu ölkədə koronavirusdan vəfat edənlərin sayı 22-yə çatıb.
****Gürcüstanda koronavirusdan növbəti ölüm halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, Batumi sakini olan həmin şəxs Kutaisidəki xəstəxanada müalicə alırmış.
Yaşlı qadın digər ağır xəstəliklərdən də əziyyət çəkirmiş.
Bununla da Gürcüstanda COVID-19-dan ölənlərin sayı 21-ə çatıb.