Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 117 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.
Medicina.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 85 952 nəfərə, ölənlərin sayı isə 778 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 68 929 nəfərin sağaldığı bildirilir.