Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda COVID-19-a yoluxma sayında KƏSKİN ARTIM

  • 2020.09.10 10:11
  • 1865 Baxış
Gürcüstanda COVID-19-a yoluxma sayında  KƏSKİN ARTIM

Gürcüstanda son sutkada daha 57 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 830 nəfərə, sağalanların sayı isə 1 334-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19, aktiv koronavirus xəstələrinin sayı isə 451 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır.