Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda COVID-19-a yoluxma sayı kəskin artdı

  • 2020.09.14 10:28
  • 4476 Baxış
Gürcüstanda COVID-19-a yoluxma sayı  kəskin artdı


Gürcüstanda son sutkada daha 165 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 2 392-yə çatıb. Yoluxan şəxslərin 1 369-u sağalıb, 19 nəfəri isə vəfat edib.

Hazırda 5 882 nəfər karantin zonalarında, 390 nəfər isə tibbi nəzarətdə saxlanılır.