Gürcüstanda daha 14 nəfərdə koronavirus aşkarlanıb, 44 pasiyent müalicə olunaraq sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 264 nəfərə, sağalanların sayı isə 1 054 nəfərə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 6 930, stasionar nəzarətdə isə 263 nəfər saxlanılır.