Gürcüstanda son sutkada koronavirusa 87 yeni yoluxma faktı təsdiqlənib, 20 pasiyent sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 917-yə, sağalanların sayı isə 1 354-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib. Aktiv xəstə sayı 518-dir.
Hazırda Gürcüstan üzrə 5 882 nəfər karantində, 390 nəfər isə tibbi nəzarətdə saxlanılır.