Gürcüstanda son sutkada koronavirusa 659 yeni yoluxma faktı təsdiqlənib, 16 nəfər vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 377 811-ə, ölənlərin sayı isə 5 468-ə yüksəlib.
Ötən 24 saat ərzində 713, ümumilikdə isə 359 939 nəfər sağalaraq evə buraxılıb.