Gürcüstanda son sutkada daha 388 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 357 nəfər sağalaraq evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 337 961 nəfər təşkil edir. Onların 319 956-sı müalicə olunaraq sağalıb.
Ötən 24 saat ərzində xəstəlikdən daha 17 nəfər vəfat edib, ümumi ölüm sayı 4 639-a yüksəlib.