Gürcüstanda ötən sutkada koronavirusa 602 yeni yoluxma faktı təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 261 620-yə çatıb.
Son 24 saat ərzində daha 11 nəfər vəfat edib, 569 nəfər isə müalicə olunaraq evə buraxılıb. Xəstəlikdən sağalanların ümumi sayı 252 815, ölənlərin ümumi sayı isə 3 269 təşkil edir.