Gürcüstanda ötən sutkada daha 450 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 254 nəfər sağalaraq evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 278 628-ə, sağalanların sayı isə 270 922-yə çatıb.
Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən vəfat edənlərin sayı 8 nəfər artaraq 3 722 olub.