Gürcüstanda ötən sutkada daha 382 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 313 nəfər müalicə olunaraq sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 276 067-yə, sağalanların sayı isə 269 006-ya çatıb.
Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən daha 7 pasiyent vəfat edib və ölüm hallarının ümumi sayı 3 665 olub.