Gürcüstanda son sutkada daha 3 064 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 740 nəfər sağalaraq evə buraxılıb, 42 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 212 526 yoluxma halı təsdiqlənib. Yoluxanların 188 408-i sağalıb, 2 182-si isə ölüb.
Hazırda karantin zonalarında 470, stasionar nəzarətdə 6 358 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 1 671 nəfər isə xüsusi otellərdə müalicə olunur.