Gürcüstanda son sutkada daha 2 775 nəfər koronavirusa yoluxub, 3 560 nəfər sağalıb, 22 pasiyent isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 51 993 nəfərə çatıb. Onların 37 019-u sağalıb, 423-ü isə ölüb.
Hazırda karantində 3 094, stasionar nəzarətdə 4 618 nəfər saxlanılır. 2 438 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.