Gürcüstanda 12 yaşlı uşaqda koronavirus aşkar edilib, yeniyetmənin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Medicina.az xəbər verir ki, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.
Virusun yeniyetməyə İtaliyadan qayıdan xalasından keçdiyi bildirilir. 12 yaşlı uşaqda xəstəlik böyüklərə nisbətən daha yüngül formada davam edir.