Gürcüstanda son sutkada daha 1 476 nəfərdə koronavirus aşkarlanıb, 791 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 310 310 nəfər yoluxub. Onların 290 767-si sağalıb, 4 110-u isə dünyasını dəyişib.
Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 27 895 test yoxlaması aparılıb.