Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstana vaksinin çatdırılması təxirə salındı

  • 2021.02.22 09:19
  • 1188 Baxış
Gürcüstana vaksinin çatdırılması təxirə salındı
“Koronavirusa qarşı peyvəndin Gürcüstana çatdırılması gecikir”.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Ekaterina Tikaradze bildirib.

O qeyd edib ki, “Pfizer” vaksininin tədarükü ilə bağlı müəyyən çətinliklər yaranıb: “Bu prosesi sürətləndirmək üçün fəal iş aparılır”.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze isə bildirib ki, vaksinin Gürcüstana gətirilməsi 1-2 həftə müddətinə təxirə salınıb: “Preparatın ölkəyə çatdırılması təxminən mart ayının birinci və ya ikinci həftəsində baş tutacaq”.