Sentyabrın 15-dən etibarən Gürcüstana yollanacaq xarici ölkə vətəndaşları 72 saat qüvvədə olacaq PCR testinin nəticəsini təqdim etməli olacaqlar.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, bu barədə qərar Gürcüstan vətəndaşları və əcnəbilərin sağlamlığını sığortalamaq məqsədilə qəbul olunub.