Gürcüstanda son sutkada koronavirusa 443 yeni yoluxma halı təsdiqlənib, 461 nəfər sağalaraq evə buraxılıb, 6 pasiyent isə vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 269 438 nəfər yoluxub. Onların 263 257-si sağalıb, 3 463-ü isə ölüb.
Hazırda karantin rejimində 307, stasionar nəzarətdə 1 600nəfər var. Xəstəliyi simptomsuz keçirən 193 nəfər isə xüsusi otellərdə müalicə olunur.