Gürcüstan prezidenti Salome Zurabişvili martın 18-də koronavirusa qarşı peyvənd olunacaq.
Medicina.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.
Prezidentə bu yaxınlarda Gürcüstanın tədarük etdiyi "AstraZeneca" vaksini vurulacaq.
S.Zurabişvili bütün rəsmi şəxsləri peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, qonşu ölkənin dövlət başçısı martın 18-də həm də 69 yaşını qeyd edəcək.