Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda vaksinasiyaya başlanılacaq - 30 martda

  • 2021.03.25 12:30
  • 1750 Baxış
Gürcüstanda vaksinasiyaya başlanılacaq -  30 martda

Gürcüstanda "Pfizer" vaksini ilə peyvəndləməyə martın 30-da başlanılacaq.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib. Bildirib ki, vətəndaşlar müvafiq randevu saytında ölkədə tətbiq edilən "AstraZeneca" və "Pfizer" vaksinləri arasında seçim etmək hüququna malik olacaqlar.

Saxlama şəraitinin çətinliyi ilə əlaqədar Pfizer vaksini ilə peyvəndləmə yalnız 3 şəhərdə - Tbilisi, Batumi və Kutaisidə mümkün olacaq.

Qeyd edək ki, Gürcüstana "Pfizer" vaksininin təxminən 30 min dozadan ibarət ilk partiyası bu gün gecə saatlarında çatdırılıb.