Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstan ölümcül virusla mübarizəyə MİLYON ayırdı

  • 2020.03.02 17:02
  • 3460 Baxış
Gürcüstan ölümcül virusla mübarizəyə   MİLYON ayırdı
Gürcüstanda koronavirusla mübarizə tədbirlərinə bir milyon lari (359 min dollar) xərclənəcək.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Vəsait hökumətin Ehtiyat Fondundan ölkənin Səhiyyə Nazirliyinə ayrılıb.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstanda SARS-CoV-2 koronavirusuna ilk yoluxma halı qeydə alınıb. Virusa yoluxmuş Gürcüstan vətəndaşları İrandan Azərbaycan ərazisi vasitəsi ilə ölkəyə keçib. Bundan sonra Gürcüstan hökuməti İran vətəndaşlarının ölkəyə girişini iki həftə müddətinə qadağan edib.