Gürcüstanda ötən sutkada daha 4 146 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 129 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 183 099-a çatıb. Yoluxanların 150 461-i sağalıb, 1 694-ü isə dünyasını dəyişib.
Hazırda karantində 1 017, stasionar nəzarətdə 6 881 nəfər var. 3 400 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.